Noyabrın 29-da Haaqada hərbi cinayətlərə görə məhkum edilmiş Slobodan Pralyak və başqa beş Bosniya xorvatının şikayətinə baxılıb. 2013-cü ildə məhkəmənin qərarı ilə S.Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi. Bosniya xorvatlarının lideri Yadranko Prliç isə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq tribunalın iclasında məhkəmə qərarı elan olunan zaman S.Pralyak etirazını bildirərək, özü ilə zala keçirdiyi zəhəri içib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.
Oxunub: 586