Bakı Olimpiya Stadionu” MMC nizamnamə kapitalının kəskin azaldılmasının səbəblərini açıqlayıb.
MMC-nin baş mühasibi Azər Əliyev bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və “Qarabağ” futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub.
“Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürüb. Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma bununla bağlıdır.
Bundan öncə xəbər verdiyimiz kimi, “Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.
Oxunub: 334