Xalq bankın keçmiş sәdrinin kömәkçisi Mehmet Hakan Atillanın ABŞ-ın İrana tәtbiq etdiyi sanksiyaları pozması ilә ittiham olunan işdә şahid olmağı qәbul edәn Rza Zәrrab Nyu-Yorkda davam edәn mәhkәmәyә ilk dәfә şahid qismindә qatılıb.
Mәhkәmә zalına gәtirilәn Zәrrabın ayaqlarının qandallı olması vә hәbsxana geyimindә olması diqqәt çәkib. Zәrrab zalda şahid oturacağında oturub.
Haqqındakı ittihamları qәbul edib, prokurorluqla işbirliyi etmәyi qәbul edәn Zәrrab әvvәl prokurorlar, sonra da keçmiş Xalq bank idarәçisi Hakan Atillanın vәkillәri tәrәfindәn dindirilәcәk.
Nyu-Yorkdakı mәhkәmәni zalda izlәyәn Lav360 müxbiri Pete Bruş Zәrrabın mәhkәmәdәki çıxışının әsas hissәlәrini paylaşıb. Zәrrab bildirib ki, “prokurorluğa qarşı 3 öhdәliyim var. Doğruları söylәmәk, ABŞ hökumәti ilә işbirliyi etmәk vә bundan sonra heç vax cinayәt törәtmәmәk”.
Zәrrab bildirib ki, “2016-cı ilin martında hәbs olunanda FBİ-a doğruları demәdim. Nә ilә qarşı-qarşıya qaldığımı bilmirdim. Uzun bir yoldan sonra şokda idim. Doğru cavablar vermәdim. Çox qorxmuşdum”
“ABŞ hökumәti mәnә heç bir әfv sözü vermәdi. Cәzama hakim qәrar verәcәk. Prokurorluqla işbirliyi öhdәliyini qәbul etmәk hәbsdәn tez çıxmağın әn yaxşı yolu idi.”
“Oteldә qalmıram. Heç bir halda sәrbәstliyim yoxdur. FBİ nәzarәtindәyәm. Hәbsdә olarkәn bir nәzarәtçiyә içki vә mobil telefondan istifadә üçün rüşvәt verdiyim doğrudur.”
azadlıq.info
Oxunub: 266