Bu gün AXCP Naxçıvan şöbəsinin üzvü Cəlal Seyidli yenidən Naxçıvan Daxili İşlər nazirliyinə aparılıb. Şəxsiyyət vəsiqəsi və digər sənədləri DİN-nin əməkdaşları tərəfindən alındıqdan sonra sərbəst buraxılıb. Amma Cəlal Seyidliyə bildirilib ki, hər an Bakıya Azərbaycan Respublikası Daxili İşlər nazirliyinə göndərilmək üçün çağrıla bilirsən.
***
Dekabrın 5-i, saat 17-də AXCP Naxçıvan şəhər şöbəsinin üzvü Cəlal Seyidlini işlədiyi müəssisədən Naxçıvan DİN-in əməkdaşları nazirliyә aparıblar. Onu bir neçә saat saxladıqdan sonra sәrbәst buraxıblar. Lakin bildiriblər ki, sabah (6 dekabr) səhər saatlarında yenidәn DİN-də olmalıdir, çünki Bakıya, Azərbaycan Respublikasının DİN-nə təhvil veriləcək.
Məlumatı AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy fb profilində paylaşıb. Y.Bağırsoy qeyd edib ki, C.Seyidli heç bir cinayət törətməyib və ictimai asayişi pozmayıb.
Oxunub: 558