ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı radikal qruplar üçün “oksigen” olacaq. Belə bir bəyanatla nüfuzlu səudiyyəli şahzadə Türki Feysal əl-Səud Bəhreyndə təşkil edilmiş təhlükəsizlik konfransında çıxış edib.
Şahzadə 24 il ərzində Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin başçısı olub.
Konfransı izləyən BBC müxbiri xəbər verir ki, Qüds barədə ABŞ-ın qərarından sonra Körfəz ölkələrində cihadçı hərəkatların güclənəcəyindən narahatdırlar.
Bəhreyndə keçirilən Manama dialoqu forumu təhlükəsizlik məsələlərinə həsr olunub. Konfransda ABŞ-ın BMT-dəki nümayəndəsi də çıxış etməli idi. Lakin o foruma qatılmayıb.
Cümə günü BMT Təhlükəsizlik Şurasında çıxış edən Nikki Haley deyib ki, “ABŞ aydın olan bir şeyi tanıyır: Qüds İsrailin paytaxtıdır”.
Oxunub: 416