Yerlli müəssisə və təşkilatları bu günə düşmüş ölkənin hansı iqtisadiyyatından, hansı inkişafından danışmaq olar?!
Yanvar-oktyabr dövründə yerli müəssisə və təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlər son 3 ildə aşağıdakı kimi dəyişib:
2015-ci ildə 3 milyard 340 milyon 300 min dollar;
2016-cı ildə 729 milyon 600 min dollar;
2017-ci ildə 612 milyon 500 min dollar.
Rəsmi dairələr heç olmasa özlərinə sual edirlərmi ki, 2 il bundan əvvəl ölkə iqtisadiyyatına 3,3 mlyard dollardan çox yatırım edən yerli müəssisə və təşkilatlar, hansı səbəblərdən kapital yatırımını bu il 5,5 dəfə azaltmalı olub? Bəs onların iki il əvvəl investisiya edə bildikləri 2,7 milyard dollardan çox maliyyə vəsaitləri haraya qeybə çəkilib?
Yüksək tribunalardan deyildiyi kimi, həqiqətən də, ölkədə əlverişli investisiya mühiti, inkişaf olsaydı, tendensiya bu cür deyil, tərsinə olmalı idi.
Oxunub: 72