Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda Daxili İşlər Naziri Ramil Usubovun qardaşı oğlu Hikmət Usubovun Baş Mühafizə idarəsinə rəis təyin edildiyi bildirilir. Sərəncamın yaxın vaxtlarda elan olunacağı gözlənilir. Hikmət Usubov adı çəkilən vəzifədə general Yaşar Əliyevi əvəzləcək.
Hikmət Usubov hazırda Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisidir. Bundan əvvəl isə Nərimanov RPİ-nin 18-ci PB-nin rəisi olub.
Baş Mühafizə İdarəsinin rəisi vəzifəsi nazir vəzifəsi üçün tramplin də sayıla bilər. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də əvvəl bu vəzifədə çalışıb.
Oxunub: 1060