İranın keçmiş vitse-prezidenti Həmid Baqeyi dekabrın 20-də 63 illik həbs cəzasına məhkum edildiyini açıqlayıb. O, korrupsiyada təqsirli bilinib, ancaq özü ittihamları əsassız sayır.
O, 20 gün ərzində hökmdən apellyasiya şikayəti verə bilər.
Müşahidəçilərin fikrincə, bu qərar mühafizəkar ədliyyə sisteminin keçmiş prezident Mahmud Əhmədinijada xəbərdarlığıdır.
2011-2013-cü illərdə Əhmədinejadın prezidentliyi dövründə vitse-prezident olmuş Baqeyi 2015-ci ildə korrupsiya ittihamları ilə qısa müddətə saxlanmışdı.
Nüfuzlu Mühaffizlər Şurası onu bu ilin mayında prezident seçkisinə buraxmayıb və o, iyulda bir neçə həftəlik həbsə salınıb.
Bu arada Əhmədinejadla İran məhkəmə sisteminin rəhbəri Sadeq Amoli Laricani arasında söz savaşı gedir. Keçmiş prezident Laricanini diktatorluq və səriştəsizlikdə günahlandırır.
Oxunub: 236