Niderlandın Təhlükəsizlik və Ədliyyə Nazirliyi Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə viza verib. Bu barədə Niderlandın Telegraaf nəşri məlumat yayıb.
Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Niderland krallığının vətəndaşıdır. Keçmiş qubernator vizanı Niderlandın Kiyevdəki səfirliyində alıb.
Saakaşvili özü isə NewsOne telekanalına müsahibəsində bildirib ki, ona holland vizası lazım deyil. “İstədiyim vaxt Avropanın istənilən ölkəsinə gedə bilərəm. Bir neçə Avropa ölkəsindən vətəndaşlıqla bağlı təklif almışam. Həmçinin Niderland vətəndaşlığını almaq üçün avtomatik hüququm var”, – deyə Saakaşvili qeyd edib.
Vizanın hansı sənədə vurulduğu məlum deyil. Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Özü isə xarici pasportunun olmadığını deyir.
azadliq.info
Oxunub: 194