ABŞ Prezidenti Barak Obama Britaniya şahzadəsi Harri ilə müsahibədə internetin təhlükələri haqda danışarkən insanların “tamamilə fərqli reallığa” malik ola bilməsindən və “mövcud siyasi qərəzlərin güclənməsi”-ndən narahatlığını ifadə edib.
Harri sabiq prezidentlə müsahibəni BBC Radiosunda sentyabr ayında keçirib.
8 il prezident qismində xidmət etmiş Obama onlan icmaların internetdən kənarlaşaraq insanların bir-biri ilə təmas qurmasının vacibliyindən bəhs edib.
“İnternetdə hər şey böyüdülür, ancaq insanlarla üz-üzə gəldikdə, görürsən ki, əsl mənzərə daha mürəkkəbdir,” Obama deyib. “Belə məqamlarda ortaq məxrəclər tapırsan ki, bunlar sənin adətən olduğun çat otaqlarından fərqli mənzərə əks etdirir.”
O, əlavə edib ki, insanlarla təmasda internetdə olduğu kimi “qaba və qəddar” olmaq daha çətin olur.
Oxunub: 180