Bakının Nizami rayonuna yeni prokuror təyin edilib.
Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, Pərviz İbayev tanınmış hakim Mansur İbayevin oğludur.
Mənsur İbayev “siyasi işlər” kimi tanınmış sifarişli cinayət işləri üzrə prosesləri tez-tez aparmaqla tanınıb.
Oxunub: 372