“Hәbsdә başıma gәlәcәk istәnilәn hadisәyә görә İlham Әliyev mәsuliyyәt daşıyır”
«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə yaxınları onun saxlandığı həbsxanada bu günlərdə zorakılığa məruz qaldığını bildirir.
Bu haqda Azadlıq Radiosuna ilahiyyatçının ailə üzvləri məlumat verib.
Yaxınlarının sözlərinə görə, T.Bağırzadə özü telefonla danışarkən başına gələnlər haqda onları məlumatlandırıb. İlahiyyatçı yaxınları vasitəsilə ictimaiyyətə açıqlamasını da çatdırıb. Bildirib ki, onu həbsxananın əməkdaşları döyüb.
«Hakimiyyət məni yenidən şərləyərək, haqqımda daha bir qondarma cinayət işi açandan sonra da sakitləşmir. Saxlandığım Qobustan həbsxanasında sifariş əsasında, məni təxribata çəkmək məqsədilə keçmiş əməliyyatçı, hazırda isə orada mülki işçi kimi fəaliyyət göstərən Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım. Bütün xalq bilsin ki, Qobustan həbsxanasında başıma gələcək istənilən hadisənin birbaşa məsuliyyətini İlham Əliyev daşıyır», – ilahiyyatçı yaxınları vasitəsilə ictimaiyyətə açıqlamasında bunları bildirib.
Ailə üzvləri deyir ki, Qobustan həbsxanasında bu günlərdə T.Bağırzadə yenə töhmət verilib: «Onun «kars»a salınacağını da istisna etmirik».
Oxunub: 560