İranın liderləri arasında belə görünür ölkəni bürümüş hökumət əleyhinə etirazlarla bağlı fikir ayrılıqları mövcuddur. Bu, 2009-cu ildə demorkatiya tərəfdarı “yaşıl hərəkat”a qarşı təqiblərdən sonra rəsmilərin qarşılaşdığı ən mühüm sınaq kimi qiymətləndirilir.
İranın Ali dini rəhbəri Ayətullah Xameneyi çərşənbə axşamı bir neçə gün davam edən etirazlardan sonra sükutu pozaraq verdiyi ilk açıqlamada xarici düşmənləri ittiham edib. Xameneyi rəsmi veb səhifəsində yazıb ki, “İranın düşmənləri İslam Respublikası üçün problemlər yaratmaq məqsədilə pul, silahlar, siyasət və kəşfiyyat aparatı kimi müxtəlif vasitələrdən istifadə edib.”
Onun yardımçıları Birləşmiş Ştatlar, Britaniya və Səudiyyə Ərəbistanını günahkarlar kimi qeyd ediblər.
Bununla belə, İranın başqa yüksək səviyyəli rəsmiləri ölkənin ikinci böyük şəhəri olan Məşhəddə başlayan və sürətlə başqa şəhərlərə yayılan nümayişlərdə xarici qüvvələrin iddia edilən rolunu əhəmiyyətsiz qoyub.
İslahatçı prezident Həsən Ruhani iğtişaşların əsas səbəbinin iqtisadi narazılıqla əlaqədar olduğunu bildirib. “Bizim qarşımızda işsizlikdən başqa böyük problemimiz yoxdur. İqtisadiyyatımızın korrektiv cərrahiyyə əməliyyatına ehtiyacı var”, Ruhani bildirib.
İranın xarici işlər nazirinin müavini Hüseyn Zülfüqari çərşənbə axşamı qeyd edib ki, həsb olunan 450 nəfərdən çox adamın 90 faizinin yaşı 25-dən aşağıdır. O, gənclərin iqtisadi problemlərlə bağlı narazılıqlarını ifadə etdiklərini deyib. İlk zamanlar etiraz nümayişlərilə bağlı səssiz olan dövlətə məxsus İran İslam Respublikasının yayım şirkəti iqtisadi problemləri toqquşmaların əsas səbəbi kimi göstərən islahatçıların artan problemlərlə bağlı şərhlərinə yer verib.
2009-cu ildə nümayişlərin dağıdılmasında istifadə edən üsullara əl atmaq istəyən sərt xətt tərəfdarları islahatçıların şərhini rədd edir.
Oxunub: 516