“Günaz” tv-yə baxıram. Belə çox maraqlıdır, vallah. Adamlar İranın ən müxtəlif məntəqələrindən zəng edib, hökuməti ən sərt ifadələrlə tənqid edirlər. Burda mənim diqqətimi çəkən nədir?
Razılaşaq ki, o zəng edənlərin kimliyin müəyyənləşdirmək hökumət üçün su içmək qədər asandır. Ancaq, ya proses o həddədir ki Azərbaycandakılar kimi etirazçıları total repressiya eləmək hakimiyyətin qüdrətindən xaricdir. Ya da bu İransayağı demokratiyanın əlamətdir ki, bu da qətiyyən bizim klassik anlamda düşündüyümüz totalitarizmin İranda olmaması deməkdir.
İran azərbaycanlılarının məni ən çox narahat edən problemi milli dil məsələsidir. Hətta milli siyasi şüuru yetkin olan soydaşlarımızın nitqi çox bərbaddır. Dil əhəmiyyətli dərcədə assimliyasiya olub və bu prosesin qarşısı alınmasa, təsirli bir tədbir olmasa vəziyyət daha da pisləşəcək.
Çox təəssüf ki, teokratik İranı bir yana qoyaq, demokratik dünyada yaşayan, əllərində kifayət qədər imkan olan güneyli dostlar da bu istiqamətdə nəzərə çarpacaq iş ortaya qoya bilmirlər. Özüm üçün də hələ tam qətiləşdirə bilməsəm də, mənə elə gəlir ki İrandakı azərbaycanlıların mədəni inqilabi şüuru, siyasi hal və hərəkətlərindən xeyli dalda qalıb. Halbuki, çağdaş şərtlər altında tərsi olmalı idi.
Oxunub: 754