Suriyanın Hama əyalətində Rusiya Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində pilotlar ölüb.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Mi-24” tipli helikopter dekabrın 31-də Hamada tapşırığın icrası zamanı qəzaya uğrayıb. Hadisəyə səbəb helikopterdə texniki nasazlıq olması göstərilib.
Oxunub: 454