Bu gün Şəki Penitensiar Kompleksində vəkil Nemət Kərimli araşdırmaçı jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Azadlıq.info-ya açıqlamasında vəkil Əfqan Muxtarlının durumunun normal olduğunu deyib. N.Kərimli eyni zamanda deyib ki, Əfqan Muxtarlı ailələrinin bu ağır günündə onlara dəstək olan hər kəsə, dəfndə iştirak edən dostlara təşəkkürlərini çatdırmağı xahiş edib.
Sabah – yanvarın 5-də saat 11.00-da Balakən Rayon Məhkəməsində Əfqan Muxtarlının işi üzrə növbəti proses keçiriləcək.
Oxunub: 238