Milli Şuranın sədri Cəmil Həsənli adları “kürü diplomatiyasında” əsas fiqurlar kimi hallanan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovun AŞPA nümayəndə heyətindən geri çağırılmasına münasibət bildirib. C.Həsənli feysbuk səhifəsində yazıb:
Avropa Şurası və digər beynəlxalq təşkilatlarada rüşvət qalmaqalında və rüsvayçı “kürü diplomatiyasında” adları hallanan deputat Elxan Süleymanov və Müslüm Məmmədov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıblar. Bilirsiniz ki, Azərbaycan hakimiyyətinin Avropa parlamenti deputatlarını pulla ələ almaq kimi natəmiz əməllərini araşdırırlar və bununla bağlı bir sıra deputatlar öz vəzifəsində istefa verib, bəziləri hətta siyasətdən getmələri barədə açıqlamlarar veriblər. Əslində, bir neçə ildir Elxan Süleymanov və Müslüm Məmmədovun adı bu rüsvayçı qalma-qalda keçir, deputatların ələ alınması ilə bağlı hesabatlarda və beynəlxalq jurnalist araşdırmalarında açıq-aydın yazılır.
Bunun ən aydın örnəyi Luka Volentanın işidir və bu işlə bağlı Milin prokurorluğunun araşdırmalarında da azərbaycanlı deputatların adları istintaq materiallarında yer alıbdır. Hər iki deputatın AŞPA nümayəndə heyətinin tərkibindən çıxarılması bilavasitə rüşvət faktının etirafıdır. Amma qəribə vəziyyət yaranıb. Əslində, hakimiyyət, xüsusi ilə parlament bilavasitə rüşvət qalmaqalında adları keçən hər iki deputatın AŞPA nümayəndə heyətinin tərkibindən çıxarılmasının izahatını verməlidir. Bu şəxslər rüşvət qalmaqalında adları keçdiyinə görəmi nümayəndə heyətinin tərkibindən çıxarılıblar?
Əgər belədirsə bu rüsvayçı faktın etirafından sonra onlar deputat kimi niyə fəaliyyət göstərməlidirlər? Yox əgər belə deyilsə, bu deputatlar niyə məhz rüşvət qalmaqalından sonra nümayəndə heyətinin tərkibindən çıxarılıblar? Bəlkə bunun ayrı bir səbəbi var? Hər halda rüşvət faktı və onun etirafı ortadadır. Əgər bu məsələdə adı keçən deputatlar rüşvət qalmaqalına görə AŞPA heyətindən geri çağırılıblarsa, onları deputat kimi parlamentdə saxlamaq ikinci bir rüsvayçılıqdır.
Oxunub: 1894