Qanunvericiliyi kobudcasına pozduğuna görə
Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
1960-cı il doğumlu T.Abbaslı 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 2007-2010-cu illərdə Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil işləyib. 2010-2013-cü illərdə Lənkəran Rayon Məhkəməsinin hakimi, 2013-2015-ci illərdə Lerik Rayon Məhkəməsinin hakimi olub.
2015-ci ildən Sabirabad Rayon Məhkəməsinin hakimi idi.
azadliq.info
Oxunub: 122