Bu gün Balakən rayon məhkəməsi qonşu Gürcüstandan oğurlanmiş araşdırmaçı jurnalist Əfqan Muxdarlını altı il müddətinə azadlıqdan məhrum etmişdir. Bu rüsvayçı hadisə hüquq adına, dövlət adına, məhkəmə adına törədilmiş bir rəzalətdir. Əfqan tam saxta ittihamlarla mühakimə edilib, ona qarşı irəli sürülmüş cinayət ittihamı özü başdan-ayağa bir cinayət hadisəsidir. Əfqanın oğurlanmasında daha böyük bir dairənin cəlb olunacağı konstitusyon qurluşu zor gücünə devirmək ittihamı ssenariləşdirilmişdi. Lakin oğurluq faktının dünyada dourduğu əks-səda Gürcüstan rəhbərliyinin imicinə ağır zərbə vurdu və Azərbaycan hakimiyyəti bu plandan imtinaya məcbur oldu. Əfqan yenicə elan edilmiş Cümhuriyyət ilinin ilk siyasi qurbanıdır. Bu rüsvayçı fakt İlham Əliyevin cəmiyyətə vəd etdiyi hüquqi dövlət anlayışının YAPsayağı mahiyyətinin aydın bir ifadəsidir.
Dostlar! Bu gün Balakən rayon məhkəməsi qonşu Gürcüstandan oğurlanmiş araşdırmaçı jurnalist Əfqan Muxdarlını altı il müddətinə azadlıqdan məhrum etmişdir. Bu rüsvayçı hadisə hüquq adına, dövlət adına, məhkəmə adına törədilmiş bir rəzalətdir. Əfqan tam saxta ittihamlarla mühakimə edilib, ona qarşı irəli sürülmüş cinayət ittihamı özü başdan-ayağa bir cinayət hadisəsidir. Əfqanın oğurlanmasında daha böyük bir dairənin cəlb olunacağı konstitusyon qurluşu zor gücünə devirmək ittihamı ssenariləşdirilmişdi. Lakin oğurluq faktının dünyada dourduğu əks-səda Gürcüstan rəhbərliyinin imicinə ağır zərbə vurdu və Azərbaycan hakimiyyəti bu plandan imtinaya məcbur oldu. Əfqan yenicə elan edilmiş Cümhuriyyət ilinin ilk siyasi qurbanıdır. Bu rüsvayçı fakt İlham Əliyevin cəmiyyətə vəd etdiyi hüquqi dövlət anlayışının YAPsayağı mahiyyətinin aydın bir ifadəsidir.
Publicerat av Cəmil Həsənli den 12 januari 2018
Oxunub: 550