Hazırda Türkiyə bazarlarında alçanın bir ədədini 10 lirəyə almaq olar.
Mövsümündə bir kiloqramı təxminən 5-7 lirə olan alça qış aylarında 700 lirəyə satılır.
Alçanın baha satılmasının başlıca səbəbi isə bu meyvənin Ekvadordan gətirilməsidir. Məlumata əsasən, qış mövsümündə Türkiyə bazarlarında nadir hallarda gilas da tapmaq olar. Gilasın 100 qramının qiyməti 35 lirədir.
Azərbaycanda da bu meyvə qışda el dilində desək “od qiyməti”nə satılır.
İndi “Təzə bazar”da alça qonşu ölkədə olduğu kimi dənə-dənə satılır və 1 ədəd alçanın qiyməti 10 manatdır.
Oxunub: 304