ABŞ-ın, neft sənayesinin vəziyyəti və qısamüddətli dövr üzrə xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan neft quyularının sayı bu həftə artıb.
Neft sahəsinə xidmət şirkəti “Baker Hughes”ın həftəlik məlumatlara görə, 8-12 Yanvar tarixlərində ABŞ-da qazılan neft quyularının sayı 10 ədəd artıb.
Sözügedən artım, ötən ilin iyun ayından bu yana ən sürətli artımdır.
Digər tərəfdən, ABŞ-ı təsiri altına alan qar fırtınası və dondurucu soyuq hava səbəbindən ölkənin xam neft hasilatı ötən həftə kəskin azalma göstərmişdi.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 290 min barel azalaraq 9,49 milyon barelə geriləmişdi.
EIA-nın yanvar ayı “Qısamüddətli Enerji Mənzərəsi Hesabatına” görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10 milyon barrel olması ehtimal edilir.
Hesabata görə, ölkənin xam neft hasilatının 2019-da gündəlik orta hesabla 10,8 milyon barrelə yüksəlməsi, Noyabr 2019-da da gündəlik orta hesabla 11 milyon barelin üzərinə çıxaraq rekord qırması nəzərdə tutulur.
Oxunub: 280