Bu barədə Avropa parlamentinin rəsmi saytında qeyd olunub.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ, həmçinin Gürcüstan və Moldovadakı münaqişələr hər zaman olduğu kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində ATƏT-in fəaliyyətini yüksək qiymətləndirir.
Bəyanatda həmçinin qeyd olunur ki, Avropa İttifaqı münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir. Nazir bildirib ki, bu il ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata üzv olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur.
Oxunub: 1300