AXCP sәdri Әli Kәrimli tanınmış hüquqşünas Aslan İsmayılova qarşı cinayәt işinin açılmasına münadibәt bildirib:
Rejimin islahatlara başlayacağından ağız dolusu danışanları, yazanları gərək təbrik edək. “Cümhuriyyət ili” çərçivəsində “islahatlar” davam edir. İndi də “islahatların” “bundan sonra nəinki prezidenti, prezidentin təyin etdiyi məmurları da tənqid etmək olmaz” mərhələsi çərçivəsində müstəqil bloqçu, tanınmış hüquqşünas Aslan İsmayılovu susdurmaq istəyirlər. Aslan bəy yazıları ilə bir xeyli məmuru narahat edir. Onlar da deyir, bir halda ki, hakimiyyət biz oğru məmurlardadır; bir halda ki, ölkənin məhkəmə hakimiyyəti də bizim maraqlarımıza xidmət edir; bir halda ki, İlham Əliyevi tənqidlərdən qorumaq üçün üzədurmağa qədər bütün əyri yollara baş vururuq, biz də Aslan İsmayılovu susduraq. Bəzi yüksək çinli məmurlar qərara gəlib ki, rejimin öz əleyhdarlarına qarşı zaman-zaman istifadə etdiyi iyrənc vasitədən bu gün də Aslan İsmayılova qarşı istifadə edilsin.
Artıq məhkəmə Aslan İsmayılova qarşı Cinayət Məcəlləsinin 147 (böhtan), 148-ci (təhqir) maddələri ilə cinayət işini icraata götürüb. Aslan İsmayılov prosesə təqsirləndirilən şəxs kimi cəlb edilib. Məhkəmə baxışı 7 fevral saat 15.00-a təyin olunub. Hələ buna inanmaq istəməsəm də, proses Aslan İsmayılovun həbsinə doğru da gedə bilər. Bir dəfə bu barədə yazmışdım, mövqeyimi təkrar edirəm. Aslan İsmayılova qarşı bu məhkəmə çəkişməsini qurama hesab edirəm. Ona qarşı cinayət işi ölkədə söz azadlığını tamamilə məhv etmək, hətta sosial mövzularda da tənqidə imkan verməmək, məmurların tənqidçilərini də susdurmaq çərçivəsində aparılır. Bu qurama cinayət işi çərçivəsində prosesin bütün mərhələlərində Aslan İsmayılova dəstək verəcəyik.

Oxunub: 832