Ölkə başçısı İlham Əliyev Bakı Metropoliten İdarəsinin keçmiş rəisi, YAP Yasamal şöbəsinin sədri Tağı Əhmədova orden verib.
Bu barədə onun imzaladığı sərəncamda deyilir ki, T.Əhmədov “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilir.
Oxunub: 654