Nüfuzlu “The Washington Post” qəzeti Azərbaycanda aprelin 11-nə təyin olunmuş nöbədənkənar prezident seçkilərindən və müxalifətin bu seçkiyə münasibətindən yazıb. Yazını təqdim edirik:
“Sovet Respublikası zamanında da olan müxalifət partiyaları qarşıdan gələn prezident seçkilərini boykot etməyə çağırırlar. 2003-cü ildən etibarən neftlə zəngin Azәrbaycana rəhbərlik edən prezident İlham Əliyev bazar ertəsi günü elan edib ki, prezident seçkiləri oktyabrda deyil, aprel ayında olacaq. Gözlənilməz qərarla bağlı Əliyev hökumәtinin verdiyi yeganə izah, ölkənin payız dövründə müxtəlif yüksək səviyyəli hadisələrlə məşğul olacağıdır.
Demokratik Qüvvələrin Milli Şurası, ölkənin əsas müxalifət hərəkatı çərşənbə axşamı 11 Aprel seçkilәrini boykot edəcəyini açıqladı. Bəyanatda hərəkatın sədri Cəmil Həsənli erkən seçkilәrin “seçicilərə təhqir” olduğunu deyib”.
azadliq.info
Oxunub: 1384