“Bu gün iqtidar partiyasının növbəti 6-cı qurultayı olub. maraqlı suallar yaranıb məndə. YAP-ın nizamnaməsinə əsasən (V. MADDƏ 2. Partiyanın ali orqanı dörd ildən bir çağırılan qurultaydır. Zəruri hallarda Siyasi Şuranın və ya partiya üzvlərinin üçdə birinin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər..)onun qurultayı 4 ildən bir çağrılmalıdır.
Son qurultay 5 il öncə, 2013-cü ilin iyun ayının 7-də keçirilib. Yəni nizamnaməsindəki 4 il müddətinə əməl olunmayıb. Görəsən Ədliyyə Nazirliyinin reaksiyası olacaqmı? Axı Ədliyyə Nazirliyi digər partiyalara qanuna ciddi əməl etmək zəruriliyini sistemli şəkildə təlqin edir…
Digər bir məsələ də qurultayın keçirilməsinə qərarın nə zaman verilməsidir. YAP-ın nizamnaməsinə görə bu azı bir ay öncə qərarlaşdırılmalı və elan olunmalıdır. ( V. MADDƏ 2. … Qurultayın çağırılma müddəti, nümayəndəlik norması və gündəliyi qurultayın başlamasından azı bir ay əvvəl Siyasi Şura tərəfindən elan edilir). Siyasi Partiyalar haqqında Qanunun da tələbi qurultayın keçirilməsinə dair informasiyaların öncədən elan olunması və nizamnaməyə uyğun keçirilməsidir.
İnternet üzərində axtarış etsəm də, qurultayın yanvar ayının 9-dan öncə keçiriləcəyinə dair hər hansı informasiyaya raslamadım.
Ümid edirəm mənim bu hüquqi vəziyyətlə bağlı suallarımı jurnalistlər ictimai rəyə çatdırmaq üçün araşdıracaqlar”.
Oxunub: 418