Azərbaycan İlahiyyat İnstitutu onun rəhbərlik etdiyi komitənin tabeliyində yaradılacaq
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
Yeni institut Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılacaq. Komitə 2 ay müddətində yeni institutun nizamnaməsini prezidentlə razılaşdırıb təsdiqləməlidir. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin də Azərbaycan İlahiyyat İnstitutunun tabeliyinə verilməsini Təhsil Nazirliyi təmin etməlidir.
Beləliklə, demək olar, bütün nazirlik və komitələrin öz institut və universiteti var. Mübariz Qurbanlının komitəsi də ali məktəbi olan komitə və nazirliklər sırasına qoşuldu. Hələlik ali məktəbsiz qalan təşkilatlardan biri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Ədalətsizlikdir. Tezliklə Azərbaycan Qaçqınlar Universiteti (AQU)yaradılmalı, Əli Həsənov komitə sədri olmaqla yanaşı, həm də həmin universitetin rektoru təyin edilməlidir.
Azadliq.info
Oxunub: 110

































