2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 521,3 min nəfər olmuş, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olmuşdur.
Qeyd etmək lazımdır ki, 2016-cı ildə aylıq orta əməkhaqqı 498,6 manat olub
Oxunub: 126