Əfqan Muxtarlı deyib ki, onun oğurluğu Gürcüstan baş nazirinin tәlәbi ilә baş verib.
Diaspor və Qafqaz parlament komitəsinin sədri Zviad Kvaçantiradze, Azərbaycan jurnalistinin bəyanatına cavab olaraq bildirib ki, bu sadәcә olaraq bir böhtandır.
Kvaçantiradzenin sözlərinə görə, Әfqan Muxtarlı və onun həyat yoldaşının söylәdiklәri Gürcüstan dövlətinə qarşı birbaşa hiyləgər addımdır.
Zviad Kvaçantiradzenin sözlərinə görə hakim komandanın opponentləri dә Әfqan Muxtarlının onlara qarşı istifadə etdiyi ifadələrdən istifadə edirlər.
Zviad Kvaçantiradze bildirib ki, “bizim səlahiyyətlilərimizə qarşı verdiyi bəyanatlar bizim rəqiblərimizin istifadəsi üçün çox rahatdır.
Diaspor və Qafqaz üzrə parlament komitəsinin sədri, sosial şəbəkədә Əfqan Muxtarlı bəyanatına cavab verib və bildirib ki, azərbaycanlı jurnalistin bәyanatları siyasi xarakter daşıyır.
Zviad Kvaçantiradzenin feysbuk postunda deyilir: “Təəssüf ki, bu vaxta qədər istintaq Muxtarlının “yoxa çıxması” nın gerçək mənzərəsini aşkara çıxara bilməmişdir, bu da öz növbəsində hakimiyyət əleyhinə verilən bütün bəyanatlara yardım edir, hal-hazırda isə təzyiqlər Gürcüstanın Baş nazirinə yönəlib və mən buna tənqidi yanaşıram”.
azadliq.info
Oxunub: 548