İsrail polisinin apardığı iki fәrqli istintaq araşdırması zamanı rüşvәt, korrupsiya vә ictimai etimaddan sui istifadә ittihamı ilә aralarında
baş nazir Netanyahuya yaxın iki şәxsin olduğu 7 nәfәr bazar günü hәbs edilib.
Netanyahu ailesinin keçmiş sözcüsü Nir Hefetz ilә Netanyahunun Rabitә Nazirliyinә baş direktor olaraq tәyin etdiyi Şlomo Filber “Qovluq 4000” olaraq bilinәn istintaq araşdırması zamanı hәbs edilәn 7 nәfәr arasındadır.
Filber ve Hefetzin rüşvәt almasından şübhәlәnilir.
Digәr 5 nәfәr isә Bezeq mediya şirkәtinin әn böyük hissәdarı vә Netanyahunun dostu olan Şaul Elovitç, Elovitç ailәsindәn olan digәr şәxslәr vә yüksәk vәzifәli Bezeq idarәçilәrindәn ibarәtdir. 7 nәfәrin 4-cü günә qәdәr hәbsdә qalacağı açıqlanıb.
Polis Elovitçin sahibi olduğu “Walla” adlı xәbәr saytının Netanyahunun özü vә ailәsi üçün tәbliğat xarakterli xәbәrlәr qarşılığında iş adamına xüsusi imtiyazlar verilmәsindәn şübhәlәnir.
Ayrıca polis Netanyahunun iş adamlarından bahalı hәdiyyәlәr aldığını, “Yedioth Ahronoth” qәzetinin sahibi Arnon Moses ilә öz lehinә xәbәrlәr paylaşılması üçün bazarlıq etdiyini vә rüşvәt aldığını düşünür.
Prokurorluğun Netanyahu haqqında istintaq araşdırması haqqında qәrar vermәsinin aylarla vaxt ala bilәcәyi bildirilir.
azadliq.info
Oxunub: 208