Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub. Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.
T.Yaqublu “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
Arif Hacılı isə “bastainfo” saytına deyib ki, başqan müavini konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutan görəvdir. Tofiq Yaqublu başqan müavini kimi bu funksiyalarının həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib.
Oxunub: 1344