Avropada mühacir həyatı yaşayan azərbaycanlı fəallardan Orduxan Temirxan Bəbirovun Bakıda ailəsi yenidən polis zorakılığına məruz qalıb. Fevralın 17-də polislər onun Qaraçuxur qəsəbəsində yaşayan bacılarının evinə basqın edib, qapını sındıraraq, bacısı uşaqlarını özləri ilə aparıblar.
Xatırladaq ki, Orduxan Temirxan Avropada Azərbaycan hakimiyyətinə qarşı aksiyalarda fəal iştirak edir, eyni zamanda kəskin tənqidi videobloqlar hazırlayır.
Onun fəaliyyətinə görə Azərbaycandakı qohumları bundan əvvəl də təqib və təzyiqə məruz qalıb, inzibati həbslə cəzalandırılıb.
Son günlərdə Azərbaycan rəsmiləri, o cümlədən bəzi deputatlar Avropadakı bir neçə mühacir fəalın, eləcə də Orduxan Temirxanın susdurulması üçün tədbirlər görmək təşəbbüsü ilə çıxış edib, hətta onların həbs olunub Azərbaycana ekstradisiya edilməsinə çağırıblar.
azadliq.info
Oxunub: 1148