“Din adamlarının dövlət işlərinə qarışmağa ixtiyarı yoxdur”
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə imam və axundlara göstəriş verib ki, xütbələrində prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevə dəstək vermək barədə çağırış etsinlər. O, «heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik» söyləsə də, buna nəzarət ediləcəyini də qeyd edib.
«Azərbaycan Konstitusiyasında yazılıb ki, din dövlətdən ayrıdır. Dindarlarin bu işlərə qarışmağa ixtiyarı yoxdur, əlhəmdüllah», – İçərişəhərdə yerləşən, bir ildən çoxdur təmirə dayanan, el arasında «Ləzgi məscidi» kimi tanınan Aşurbəy məscidinin imamı Faiq Mustafa Azadlıq Radiosuna belə deyir.
«Din adamı ayrıdır, dövlət məmuru ayrı. Bu işlərə girişmək dindara, məscidə xas əməllərdən deyil», – söyləməklə o, fikrini davam etdirir.
F.Mustafanın sözlərinə görə, seçimi vətəndaş özü etməlidir, məscid, axund və ya imam bununla bağlı ona göstəriş verə bilməz: «Göstəriş vermək düzgün iş deyil. Ümumiyyətlə, din adamlarının dövlət işlərinə qarışmağa ixtiyarı yoxdur».
F.Mustafa QMİ sədrinin xütbələrə nəzarət ediləcəyi barədə söylədiklərini isə əslində, «məcburiyyət» kimi dəyərləndirir.
Oxunub: 1160