Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər şəxslərin – general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Dövlət ittihamçısı Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 il , Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Oxunub: 472