31 Yanvar 2018-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 482.5 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasına xəbər verir ki, Dekabr ayının sonu ilə müqayisədə əhalinin əmanətləri 60 milyon manat azalıb.
31 Dekabr 2017-ci il tarixində əhalinin banklarda 7 milyard 542.5 milyon manat əmanəti var idi.
İzafi likvidlik artdığından banklar əmanət faizlərini aşağı salıblar. Böyük ehtimalla əmanət faizləri aşağı düşdüyündən əhalinin banklara əmanət yerləşdirmək marağı azalıb.
Qeyd edək ki, ötən ilin payzından başlayaraq əhalinin banklarda əmanətləri yenidən artırdı. Dekabrdan etibarən əmanət faizlərinin sərfəsiz olması artımın dayanmasına səbəb oldu.
Oxunub: 86