İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı. Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədov verdiyi açıqlamayada deylir: “Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”. Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.
Azadliq.info
Oxunub: 362