Sumqayıt şəhərinin abadlaşması işinə cəlb olunmuş iş adamları hələ də haqlarını ala bilmirlər. İki ildən artıq vaxt keçməsinə baxmayaraq işin icra edilməsi üçün tikinti materialı və avadanlıqlarla təmin etmiş sahibkarlar süründürməçiliklə üzləşiblər. Onların bildirdiyinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti 2 milyon manatdan artıq məbləği ödəmək istəmir.
Dəfələrlə qəbullarda olsalar da , mətbuat vasitəsi ilə aidiyyatı qurumlara şikayət etsələr də heç bir nəticə yoxdur.
Əlacsız qalan iş adamları prezident admistrasiyası qarşısında fasiləsiz aksiyalar keçirmək planlaşdırırlar. Bu gün sahibkarların bir qrupu Heydər Əliyevin və İlham Əliyevin portretləri ilə prezident admistrasiyası önünə toplaşıb. Əməkdaşımıza bildiriblər ki, hüquqları tam təmin olunmayınca bu toplantıları hər gün davam etdirəcəklər.
Sahibkarlar martın 6-də daha kütləvi şəkildə etiraz edəcəklərini də bildiriblər. Bütün medya qurumlarını onların problemini işıqlandırmağa dəvət ediblər.
azadliq.info
Oxunub: 1006