Beynəlxalq Enerji Agentliyi (IEA), şist nefti istehsalındakı artımın Neft İxrac Edən Ölkələr Birliyini (OPEC) təzyiq altında saxlaması ilə, ABŞ-ın qarşıdakı illərdə qlobal neft bazarlarında dominant olacağını nəzərdə tutur.
IEA-nın icraçı direktoru Fatih Birol, Bazar ertəsi günü nəşr olunan hesabatda, “ABŞ qlobal neft bazarına növbəti beş il ərzində damğasını vurmağa hazırlaşır” ifadəsini istifadə edib.
OPEC ölkələri və tərəfdaşları (Azərbaycan da qoşulub), çənlərdəki qlobal neft ehtiyatlarını azaltmaq üçün hasilatlarını azaldırlar. Agentlik, bunun nəticəsi olaraq baş verən qiymət yüksəlişinin “ABŞ-da yeni bir hasilat artımı dalğasını yaratdığını” bildirib.
Qurum tərəfindən hazırlanmış hesabatda, şist nefti istehsalındakı artım ilə ABŞ-dan gələn təklifin, 2023-cü ilə qədər qlobal neft tələbinin yarısından çoxunu qarşılayacağı bildirilib.
(marja)
Oxunub: 200