Prezident İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Uzun illər ərzində ölkənin yaşayış məntəqələrinin qazlaşdırılmasına böyük maliyyə vəsaitləri xərclənsə də, bu problem həll olunmamış qalır.Başlıca səbəbin korrupsiya olmasına şübhə yoxdur.Çox ciddi problemlərdən biri də dəfələrlə qeyd olunduğu kimi Neft Şirkətinin həm istehsal və həm də satışla məşğul olmasıdır. Eyni şirkətin bütün işlərlə məşğul olması korrupsiya və monopoliya naminə qurulmuş sxem kimi qiymətləndirilməyə bilməz. Ayrılmış bu maliyyə vəsaitlərinin xeyli adamı daha çox varlandıracağı şübhə doğurmur.
Oxunub: 290