Azərbaycan banklarının müştərilərə verdiyi kreditlər azalmaqda davam edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, ötən ilin sonunda 11 milyard 337.6 milyon manat olmuş kreditlər 31 Yanvar 2018-ci il tarixinədək 11 milyard 242,2 milyon manatadək düşüb. Başqa ifadə ilə, bankların kredit portfeli Yanvarda 95,4 milyon manat azalıb.
2017-ci ili Yanvar ayının sonunda bankların müşərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat təşkil etmişdi. İllik müqayisədə azalma 5 milyard manata yaxındır.
Krediltlər bankların əsas gəlir mənbəyidir. Əgər kreditlərdə azalma dayanmasa qarşıdakı dövrdə bir neçə bank gəlir formalaşdırmaqda çətinlik çəkə bilər.
Oxunub: 90