Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb, Müdafiə Nazirliyi bildirir.
Təlimlərə 25 minədək şəxsi heyət, 250-yədək tank və digər zirehli texnika, minədək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-yə yaxın müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Genişmiqyaslı təlimlər 5 gün, yəni matın 17-nə qədər davam edəcək.
Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.
1994-cü ildə tərəflər arasında atəşkəs bağlansa da, hər iki ölkə tez-tez atəşkəsin pozulmasına dair xəbərlər yayır.
Ötən ilin oktyabrında ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub.
Görüşdə tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar.
Oxunub: 154