“Azərbaycan güclü vətəndaş cəmiyyətinin inkişafını davam etdirəcək”.
Trend-in məlumatına görə, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini qeyd edib ki, güclü vətəndaş cəmiyyəti hər bir ölkə üçün çox vacibdir, çünki bunsuz hökumətin qarşısında dayanan məqsədlərə çatmaq çox çətindir.
O əmin olduğunu bildirib ki, Azərbaycanda hökumətə hədəflərinə çatmaqda kömək edəcək güclü vətəndaş cəmiyyəti yaradılacaq.
M.Məmməd-Quliyevin sözlərinə görə, Azərbaycan artıq hökumət və digər strukturların nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə platforma yaradıb.
Hökumətin vətəndaş cəmiyyəti institutları ilə düşməncəsinə davrandığı vaxtda onun nümayəndəsi avropalıları beləcə aldatmaq fikrinə düşüb.
Sanki dünyanın və cümlədən avropalıların Azərbaycandakı repressiyalardan, hökumətin vətəndaş cəmiyyəti institutlarını dağıtmasından xəbəri yoxdur.
Avropa birliyində də Azərbaycandakı kimi yaxşı bilirlər ki, Azərbaycan-Avropa İttifaqı arasında sazişin imzalanmamasının başlıca səbəbi ölkədə mövcud olan avtoritarizmdir.
Oxunub: 842