Britaniyanın baş naziri Tereza Mey parlamentdə bəyan edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal edilən maddə ilə zəhərlənib.
Böyük Britaniya baş naziri bazar ertəsi, martın 12-də Londonda milli təhlükəsizlik şurasının iclasını keçirib. Iclasda hökumət nazirləri, kəşfiyyat və hərbu qurumların rəhbərləri Sergey Skripalın zəhərlənməsi ilə bağlı araşdırmanın nəticələrini müzakirə edib.
Baş nazirin sözlərinə görə, maddənin adı “Noviçok” olub.
“Aydındır ki, Sergey Skripal və qızına qarşı həyata keçirilənlərə görə Rusiya məsuliyyət daşıyır”, – deyə o bildirib.
Tereza Mey bəyan edib ki, Rusiyaya baş verənlərlə bağlı izahat təqdim etmək üçün çərşənbə axşamına qədər vaxt verir.
Əgər Rusiya tərəfdən inamdırıcı cavab gəlməsə, Skripalın zəhərlənməsi Rusiya dövlətinin Böyük Britaniya ərazisində qanunsuz güc istifadəsi kimi qəbul ediləcək.
Rusiya XİN-i bəyan edib ki, Britaniya baş nazirinin ittihamı “növbəti siyasi informasiya kampaniyasıdır”.
azadlıq.info
Oxunub: 464