Britaniyanın xarici işlər naziri Boris Conson istefada olan kəşfiyyatçı Sergey Skripal və qızının zəhərlənməsinə Rusiya prezidenti Vladimir Putinin göstəriş verə biləcəyini deyib.
“Böyük ehtimalla sinir qazından istifadə qərarını Rusiya prezidenti Vladimir Putin verib…
Biz rusiyalılara qarşı deyilik. Baş verənlər rusofobiyayla sonuclanmamalıdır. Bizim mübahisəmiz Putinin Kremli, onun Britaniya küçələrində sinir qazından istifadəylə bağlı qərarıyladır”, – deyə nazir martın 16-da bildirib.
Putinin sözçüsü Dmitri Peskov bu bəyanatdan az sonra bildirib ki, prezidentin bu işdə adının hallanması “diplomatik qaydaların sarsıdıcı və bağışlanmaz pozuntusudur”. O, Kremlin daha öncə səsləndirdiyi iddianı bir daha dilə gətirib: “Rusiyanın bu məsələyə aidiyyatı yoxdur”.
Oxunub: 250