9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş müstəntiq, siyasi məhbus Rüfət Səfərovun işgəncəyə məruz qalması ilə bağlı Xəzər Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq.
İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayev sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmə 19 mart, saat 12-30-a təyin edilib. Məhkəməyə Rüfət Səfərovun özü də gətiriləcək.
Oxunub: 90