Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər.
Bu barədə Reuters xəbər verib. Yaxın gələcəkdə “qara siyahı”ya əlavə ediləcək şəxslər və təşkilatların adları açıqlanacaq.
Məlumatda bildirilir ki, yeni sanksiyaların tətbiqi ABŞ administrasiyası ilə razılaşdırılıb.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMTTəhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
(apa)
Oxunub: 36