Cari ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 2 mln. 324,1 min dollar dəyərində 1 107,9 ton diri iribuynuzlu mal-qara idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 4,9 dəfə artıb.
İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin eyni göstəricisi ilə müqayisədə 2 mln. 30,3 min dollar və ya 6,91% çoxdur.
Oxunub: 154