Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Qoşulmama Hərəkatında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçiriləcək iclasına qatılmaq üçün Azərbaycana səfər edəcək.
Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, KXDR xarici siyasət idarəsinin rəhbəri Bakıdan sonra Moskvaya səfər edəcək.