Moskvada uşaq malları satılan ticarət mərkəzində yanğın olub, bir nəfər həlak olub, 100-dən çox adam evakuasiya edilib. Rusiya mediası yanğının üst mərtəbələrin birinin anbarında başladığını yazır.
TASS dövlət agentliyinə görə, yanğın aprelin 4-də Persei Dlya Detei (Uşaqlar üçün Persey) ticarət mərkəzində baş verib.
Fövqəladə xidmət və yanğınsöndürmə rəsmiləri azı 115 nəfərin evakuasiya olunduğunu bildirir.
Yanğınsöndürənlər dördmərtəbəli, sahəsi 6 min kvadrat metr olan binada kimsənin qalıb-qalmadığını hələ də araşdırırlar (azadliq.org).