Vaşinqtonda dəbdəbəli bir ev axtarırsınızsa, əmlak bazarında Dupont Circle ərazisində yerləşən bir evə nəzər salın. 7 yataq otağı, 4.5 vanna otağına malik, Elm kilsəsinin daxili işlər ofisindən çox uzaqlıqda yerləşməyən evin dəyərinin 2,75 milyon dollar olduğu təxmin edilir. Mülkiyyət sənədlərinə və mülkiyyət siyahısına görə ev indi bir amerikalı-azərbaycanlı Qalib Məmmədə məxsusdur.
Q.Məmməd ABŞ və neft zəngini Azərbaycan arasında əməkdaşlıq yaratmaq üçün vasitəçilik edən Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının keçmiş icraçı direktorudur. O, həmçinin təxminən 4 milyon dəyərindəki binada yerləşən Azərbaycan Diplomatik Akademiyasının (ADA) rəsmi nümayəndəsidir.
Azərbaycan mətbuatı hesab edir ki, Q.Məmməd ölkənin xarici işlər nazirinin müavini və ADA-nın təsisçisi Hafiz Paşayevə yaxındır. “WikiLeaks” sənədlərinə istinadən Ələkbər Raufoğlunun verdiyi məlumata görə, bank, daşınmaz əmlak, sığorta və digər sahələrdə geniş maraqları olan, “ölkənin ən güclü ailəsi”nin üzvü H.Paşayev Azərbaycanın birinci xanımı, eyni zamanda ADA-nın İdarə Heyətinin üzvü Mehriban Əliyevanın əmisidir.
Raufoğlunun sözlərinə görə, ADA-nın binası çox mürəkkəb bir strukturla inşa edilib və nağd pulla satın alınıb. Eyni zamanda təxminən beş il öncə Azərbaycanın Dövlət Neft Şirkəti Dupont Circle yaxınlığında 9,5 milyon dollar dəyərində qiymətləndirilmiş 23,000 kvadratmetrlik 5 mərtəbəli bir binanı 12 milyon dollara alıb.
Bu, ailə üzvləri 1993-cü ildən etibarən ölkəni idarə edən və 2013-cü ildə 85 faiz səs toplayaraq üçüncü dəfə prezident olan İlham Əliyevin rəhbərliyi altında çalışan azərbaycanlı məmurların və şirkətlərin Vaşinqton məhəlləsinə axıtdığı pullardır. Təəccüblüdür ki, Mayamidə lüks evlərin 80 faizi xarici sahibkarlara məxsusdur və bir çoxu nəğd ödənişlə alınıb. Manhattanda isə bu rəqəm daha aşağıdır və 27 faiz təşkil edir. Alıcılar müqavilə bağlamaq üçün ənənəvi olaraq “balıqqulağı” şirkətlərdən istifadə edir. Buna görə 2016-cı ildən bəri ABŞ Maliyyə Nazirliyi alıcılara kimliklərini gizlətmək üçün Mayami və Manhattanda 1 milyon dollarlıq və daha bahalı mülk almalarını təklif edir.
Daşınmaz əmlak bazarı vasitəsilə Vaşinqtona xaricdən xeyli miqdarda pul axını olur. Bəs Maliyyə Nazirliyinin eyni qaydaları niyə Vaşinqtonda tətbiq etmədiyi ilə maraqlana bilərsiniz. Bunu açıqlamaq, doğrudan, utandırıcı ola bilər.
Mənbə: Washington Babylon